Britaniyanın Sanderland şəhərində radikal sağçı fəallarla polislər arasında qarşıdurma yaşanıb. Toqquşmalar şəhər məscidi yaxınlığında və Kil meydanında baş verib.
Viral.az-ın “Sky News” telekanalına istinadla məlumatına görə, etirazlardan əvvəl meydanda mitinq başlayıb.
Məlumata görə, tədbir zamanı sağ radikal fəal Tommi Robinsonu dəstəkləyən şüarlar səsləndirilib, həmçinin İslama təhqirlər yağdırılıb. Sonra dinc aksiya iğtişaşlara çevrilib, etirazçılar polislərə müxtəlif əşyalar, o cümlədən daşlar ataraq – “Küçələr kimə məxsusdur? Bizə!” – deyə qışqırıblar.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Nəticədə üç polis yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər. Səkkiz nəfər həbs edilib.
Qeyd edək ki, bundan əvvəl Sautport şəhərində iğtişaşlar olub. Aksiyalara səbəb iyulun 29-da yerli uşaq rəqs studiyasına edilən hücum olub. Həmin vaxt 17 yaşlı britaniyalı bıçaqla üç qıza – doqquz yaşlı Elis Dasilva Aqiar, altı yaşlı Bibi Kinq və yeddi yaşlı Elsi Dot Stankoma ölümcül xəsarətlər yetirib.