“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə – Hadrut, Xankəndi və Suqovuşanda yerləşən hərbi hissələrdə tədbirlər təşkil etmişdir. Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa arzulanmışdır.
Viral.az xəbər verir ki, tədbirdə “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və bəstəkar Fərahim Sadiq iştirak etmişdir.
Qonaqlar öz çıxışlarında 44 günlük Vətən müharibəsi zamanı ordumuzun qələbəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, diplomatiya sahəsində gördüyü işlərdən, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışblar.
Tədbir Şəmistan Əlizamanlının ifa etdiyi vətənpərvər mahnıları ilə başa çatıb.