“Zirə” yeni futbolçu ilə anlaşıb.
Viral.az xəbər verir ki, qəsəbə təmsilçisi Georgi Papunaşvilini heyətinə qatıb. Gürcüstanlı yarımmüdafiəçiylə 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Dinamo”(Tbilisi), “Telavi”, «Samtredia”, “Torpedo” (Kutaisi) Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. Papunaşvilinin son klubu “Kəpəz” olub. Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 dəfər fərqlənib.