Mina partlayışında yaralanan şəxs Xankəndiyə təxliyə edildi

Laçın rayonunda mina partlaması nəticəsində yaralanan şəxs Xankəndiyə təxliyə edilib.

 

Bu barədə Viral.az-a TƏBİB-dən məlumat verilib.

Son Yazılar:

 

“03.08.2024-cü il tarixində Laçın rayonu Kalafalıq kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin (kişi cinsli) 15:05 minaya düşməsi səbəbilə Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub. Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Piyada əleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub”, – məlumatda diqqətə çatdırılıb.

 

Bildirilib ki, hazırda yaralının vəziyyəti stabil qiymətləndirilir.