Azyaşlının başı stula deyib həyatını itirdi

Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.

Son Yazılar:

 

Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.

 

2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.