Avroviziya beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edir.
Viral.az xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 15-nə qədər Viral.az/cdn-cgi/l/email-protection” class=”__cf_email__” data-cfemail=”4e3d2120290e2b3b3c2138273d272120602f34″>[email protected] elektron ünvanına göndərə bilər.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Göndəriləcək mahnılar tam hazır (sözlər, ifa, xronometraj) və Avroviziya mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2024-cü il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumatları da mütləq şəkildə təqdim etməlidir.
Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.
Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.