Vaşinqton İranın HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinin intiqamının bölgədə gərginliyi artıracağı barədə Tehranı xəbərdar edib. ABŞ-la İran uzun müddətdir ki, Oman dövləti üzərindən danışıqlar aparır, müxtəlif mövzuları müzakirə edirlər. Aydındır ki, Tehran nəsə etməlidir, çünki qonağını evində öldürüblər. Ancaq Tehranın intiqamının əvvəlkilərdən çox da fərqlənməyəcəyi və İsrailə zərər vurmayacağı proqnozlaşdırılır.
Viral.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.
Qeyd edilib ki, Vaşinqton Tehranı sakitləşdirməklə yanaşı İrana qarşı yeni sanksiyalar tətbiq etməkdən də çəkinmir:
Son Yazılar:
- Tramp ABŞ-nin Ukrayna üzrə xüsusi elçisini təyin ETDİ
- Acun Ilıcalının sahibi olduğu klub baş məşqçisi ilə yollarını AYIRDI
- Tovuzda faciə: 6 nəfər öldü – Hadisə yerindən FOTOLAR
“ABŞ Maliyyə Nazirliyi iyulun 30-da İran və Çindən olan 5 fiziki və 7 hüquqi şəxsə sanksiya tətbiq edib. Bu şəxslər İranın ballistik raketləri üçün komponentlərin alınmasına yardım edənlərdir. Bununla bağlı yayımlanan məlumatda deyilib ki, sanksiya tətbiq edilən şəxslər İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramının əsas elementləri olan müxtəlif komponentlər, o cümlədən akselerometrlər və giroskoplar alıblar. ABŞ şirkətlərinə sanksiya tətbiq edilən şəxslərlə əlaqə qadağan edilib.
Vaşinqton məyyənləşdirib ki, Honkonqda ola şirkətlər İranın ballistik raketlərin və dronların istehsalı proqramı üçün zəruri komponentlər alırlar. Sifarişçi İranınn Müdafiə Nazirliyidir. O da müəyyələşdirilib ki, Çindəki “Beijing SNTD” şirkəti birbaşa İran Müdafiə Nazirliyinin sifarişlərini həyata keçirir. Belə çıxır ki, Rusiyanın İrandan aldığı pilotsuz uçuş aparatlarının komponentləri Çində istehsal olunur. Rusiya eyni zamanda bu texnologiyalardan Ukrayna savaşında istifadə etmək üçün ərazisində zavod da inşa edib. Ukrayna həmin zavoda bir neçə dəfə raket zərbəsi endirib”.