Almaniyanın ən yaxşı baş məşqçisi və futbolçusu

Almaniyada 2024-cü ilin ən yaxşı futbolçusu və məşqçisi seçilib.

 

Viral.az xəbər verir ki, Almaniyanın nüfuzlu nəşqrlərindən olan “Kicker”in idman jurnalistləri arasında keçirdiyi sorğuda sabiq futbolçu Toni Kroos ən yaxşı adına layiq görülüb.

Son Yazılar:

 

İspaniyanın “Real” klubunun 34 yaşlı yarımmüdafiəçisi 285 səs toplayıb. Sorğuda Almaniyanın “Bayer 04” komandasının futbolçusu Florian Virtz (246) ikinci yeri tutub. “İlk üçlüy”ü isə “Bayer”in digər oyunçusu isveçrəli Qranik Caka (66) qapayıb.

 

“Bayer”i məğlubiyyətsiz çempionluğa aparan ispaniyalı Xabi Alonso isə ilin məşqçisi seçilib. “Ştutqart”dan Sebastyan Höness (74) ikinci, “Haydenhaym”dan Frank Şmidt (50) isə üçüncü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, almaniyalı futbolçu ötən mövsüm başa çatdıqdan sonra peşəkar karyerasını bitirib.