Ukrayna Prezidenti Volodimir Zelenski F-16 qırıcı təyyarələrinin alınması mərasimində iştirak edib.
Viral.az xəbər verir ki, dövlət başçısı tərəfdaş ölkələrin F-16 qırıcılarını Ukrayna ordusuna təhvil verdiyini təsdiqləyib.
Son Yazılar:
- Sədr müavini vəzifəsindən azad EDİLDİ
- Ermənistan ordusunun komandanlığında yeni TƏYİNATLAR
- Azərbaycanda vəzifəli şəxsə AĞIR İTKİ
Təyyarənin qəbulu rəmzi 4 avqust – Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günündə rəsmiləşib.
“Bu gün biz bütün səma müdafiəçilərimizə – Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Ukrayna əsgərlərinə vurulmuş hər bir rus hədəfinə, onların operativliyinə və dəqiqliyinə görə xüsusilə təşəkkür edirik. Bu müharibənin ilk günlərindən Ukrayna Rusiyanın hava hücumlarına müqavimət göstərir. Əsgərlərimiz isə artıq minlərlə rus raket və dronunu, yüzlərlə rus döyüş təyyarəsini və helikopterini məhv ediblər. Bunlar əhəmiyyətli nəticələrdir. Biz isə hər şeyi edirik ki, Ukrayna Hərbi Hava Qüvvələri daha da artığını edə bilsin”, – deyə Zelenski mərasimdə çıxışı zamanı deyib.
Zelenski bildirib ki, F-16 artıq Ukraynadadır.
“Biz bunu təmin etmişik. Mən bu təyyarələri yüksək keyfiyyətlə mənimsəyən və artıq dövlətimiz üçün istifadə etməyə başlayan bütün oğlanlarımızla fəxr edirəm. Bu nəticəyə görə komandamıza təşəkkür edirəm. F-16 ilə həqiqətən kömək edən bütün tərəfdaşlara və təyyarə ilə bağlı müraciətimizi qəbul edən ilk ölkələrə – Danimarka, Niderland, ABŞ-a və bütün tərəfdaşlarımıza təşəkkür edirəm, dəstəyinizi qiymətləndiririk!”, – deyə Zelenski vurğulayıb.