Yaxın günlərdə məktəblərdə hansı vakansiyaların tutulması ilə bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.
Viral.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev deyib.
O bildirib ki, 26-28 iyul tarixlərində 39 şəhid ailəsi üzvü prosesdə iştirak edib və uğur qazanıb.
“31 iyul-5 avqust tarixlərində isə digər namizdələr üçün vakansiya seçimi təşkil olunub və bu gün saat 11:00-da seçim başa çatıb. Hansı vakansiyaların kimlər tərəfindən tutulması barədə yaxın günlərdə məlumat veriləcək. Prosesdə 17 mindən çox namizəd iştirak edib”.