Avqustun 6-da Masallı rayonunun dörd kəndində təbii qazın verilişi dayandırılacaq.
Viral.az-ın məlumatına görə, rayonun Qəriblər kəndində payız-qış tədbirlər planına uyğun olaraq diametri 159 millimetrlik qaz xəttin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərində ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının 6 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
“Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir”, – məlumatda vurğulanıb.
Son Yazılar:
- Bu rayonun hərbi komissarı həbs edildi
- Fransa klubunun 35 yaşlı futbolçusu vəfat ETDİ
- Daha bir hərbi komissar həbs edildi – FOTO