Banqladeşdə baş nazirin istefasından sonra etirazlar davam edir.
Viral.az xəbər verir ki, minlərlə insan ölkə paytaxtının küçələrinə çıxıb.
Son Yazılar:
- İbrahim Tatlısesin əkiz nəvələri bu xəstəlikdən əziyyət çəkir
- Xalq artisti xəstəxanaya yerləşdirildi – FOTO
- Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak etdi
Etirazçılar baş nazirin iqamətgahını dağıdıb, ölkənin qurucusu Şeyx Mucibur Rəhmanın heykəlini dağıdıb və onun muzeyini yandırıb, hakim “Avami Liqası” partiyasının ofisinə soxulub, hakim partiya nümayəndələrinin evlərinə, polis məntəqələrinə, aparıcı telekanalların ofislərinə hücum ediblər.
İğtişaşçılar Şerpur rayon həbsxanasına soxularaq məhbusları azad ediblər.
Bildirilib ki, yürüş zamanı etirazçılardan ibarət izdiham həbsxananın qapılarını sındıraraq yanğın törədib və 500-ə yaxın məhbus həbsxanadan qaça bilib.
İğtişaşçılar, həmçinin polis məntəqəsini yandırıb, bir sıra ticarət və hökumət binasına ziyan vurublar.
Təkcə bu gün keçirilən etirazlarda azı 110 nəfər ölüb. Məlumata görə, ən çox qurban Dəkkədə qeydə alınıb – 71 nəfər.