Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.
Viral.az xəbər verir ki, bu, 77 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmalardan sonra bəlli olub.
Süleymanov bürünc mükafat uğrunda Qırğızıstandan olan Akjol Mahmudovla üz-üzə gələcək.
Son Yazılar:
- Qan qrupuna görə xəstəlik RİSKLƏRİ
- Hizbullah İsrailə 10 raket atdı: Yaralılar VAR
- Leyla Əliyeva Altıağacda – Fotolar
Mahmudov təsəlliverici dueldə Jair Kueronu (Kolumbiya) üstələyib – 11:0. Medal görüşləri axşam seansına təsadüf edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.