BMT Məhkəməsi Türkiyənin İsrailə qarşı prosesə qoşulmasını TƏSDİQLƏDİ

Beynəlxalq Ədalət Məhkəməsi Türkiyənin Qəzza zolağındakı əməliyyatla bağlı Cənubi Afrikanın İsrailə qarşı başlatdığı prosesə qoşulduğunu təsdiqləyib.

Viral.az xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.

“Türkiyə Məhkəmə Nizamnaməsinin 63-cü maddəsinə istinad edərək, Cənubi Afrika Respublikasının İsrailə qarşı başlatdığı Qəzza zolağında soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı işə qoşulmaq üçün katibliyə ərizə təqdim edib”, – sənəddə deyilir.

Son Yazılar:

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi Nizamnaməsinin 63-cü maddəsində nəzərdə tutulub ki, istənilən maraqlı dövlət işə qoşula bilər və bu halda məhkəmənin çıxardığı qərar həmin dövlət üçün də məcburi olacaqdır.

(redaktor.az)