Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Viral.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində özbəkistanlı Qulomjon Abdullayevlə üz-üzə gəlib.
Rzazadə rəqibinə məğlub olub – 4:11. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağın bakterial tərkibinə necə təsir etdiyini müəyyən ediblər
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.