Azərbaycan millisi ilə adı hallanan rusiyalı məşqçi Stanislav Çerçesov tezliklə Qazaxıstan millisinin baş məşqçisi təyin olunacaq.
Viral.az xəbər verir ki, bu barədə öz “Telegram” kanalında məlumat dərc edən jurnalist İvan Karpov məlumat verib.
Onun iddiasına görə, Çerçesovu bu vəzifəyə Qazaxıstan komandasının sabiq məşqçisi Maqomed Adiyev tövsiyə edib.
Son Yazılar:
- “Anamın borcunu ödəmək üçün çılpaq şəkillər çəkdirib, satdım” – SƏMRA
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
Yaxın vaxtlarda Çerçesov danışıqların yekun mərhələsi üçün Astanaya uçacaq.
Qazaxıstan millisində mütəxəssis ildə 1,2 milyon avro qazanacaq. Müqavilənin müddəti barədə məlumat verilmir.
Cherchesovun son iş yeri iki dəfə çempionluq qazandığı və ölkə kubokunu qazandığı Macarıstan “Ferencvaros” klubu idi.
Məşqçi 2023-cü ilin yayında Budapeşt klubunu tərk edib.
(redaktor.az)