Mərkəzi Seçki Komissiyası (MSK) bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.
Viral.az xəbər verir ki, bunu “Secki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, bütün namizədlərin bərabər şərtlərə əsaslanan təşviqat kampaniyasının aparılması üçün qanunvericiliyin tələblərinə uyğun lazımi addımlar atılıb və geniş imkanlar təmin olunub:
Son Yazılar:
- ABŞ dövlət borcu AÇIQLANDI
- Rusiya Tramp dönəmi üçün ABŞ-yə yeni səfir GÖNDƏRİR
- Borrel bu ölkəyə getdi və İsrailə təzyiqə çağırdı
“Bütün dairələr ərazisində müvafiq qurumlarla əməkdaşlıq şəraitində kifayət qədər, hətta artıqlaması ilə açıq və qapalı yerlər müəyyənləşdirilib. Ümumilikdə, respublika üzrə 5 506 açıq və qapalı yer ayrılıb. Həmin yerlər heç bir ödəniş tələb olunmadan təşviqat subyektlərinin sərəncamındadır. Namizədlər ayrılmış yerlərdə sərbəst şəkildə öz seçiciləri ilə görüşmək imkanına malikdirlər. Eyni zamanda, deputatlığa namizədlər ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı MSK-ya müraciət etmiş 58 media qurumunda bərabərlik prinsipi əsasında və eyni şərtlərlə ödənişli təşviqat da apara bilərlər”.
“Bütün namizədlərdən təvəqqemiz qanunvericiliyin tələblərinə uyğun, bir-birlərinə qarşılıqlı hörmət şəraitində təşviqat aparmalarıdır. Təşviqatın hədəfi digər namizədlərə qarşı kampaniya deyil, seçicilərə öz ismarışlarını çatdırmaqdan ibarət olmalıdır”, – R.Qasımov əlavə edib.
MSK sədrinin müavini namizədlərə də müraciət edib: “Bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırırıq”.