ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvlərindən ibarət nümayəndə heyəti Tayvana səfərə gəlib.
Viral.az xəbər verir ki, bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Merilin Striklandın (Vaşinqton ştatı) başçılıq etdiyi nümayəndə heyəti dörd qadın parlamentaridən ibarətdir. Buraya Culia Braunli (Kaliforniya), Cill Tokuda (Havay), Jasmin Kroket (Texas) daxildir. Səfər avqustun 11-dən 15-dək davam edəcək.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Nümayəndə heyətini Tayvan administrasiyasının rəhbəri Lay Sinde və onun müavini Syao Meytsin, həmçinin adanın xarici işlər naziri Lin Szyalun qəbul edəcək. Bu təmaslar zamanı Amerika nümayəndə heyəti ABŞ və Tayvan arasında əməkdaşlıq, Tayvan boğazında və bütövlükdə regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.
Cill Tokuda 2023-cü ilin iyun ayında ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin respublikaçı sədri Mayk Rocersin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Tayvana səfər edib. Onun həmkarları adaya ilk dəfə gəliblər.