Azərbaycan boksçusu Alfonso Dominges Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.
Viral.az xəbər verir ki, 92 kiloqram çəkidə mübarizə aparan yığma üzvü üçüncü qarşılaşmasında Sanjit Sanjitlə (Hindistan) üz-üzə gəlib.
Son Yazılar:
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
- İlham Əliyev bu qanunlara dəyişiklik etdi
1/8 final çərçivəsində baş tutan döyüş çempionumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.
A.Dominges növbəti görüşündə Elkin Adilbek Uulu (Qırğızıstan) ilə gücünü yoxlayacaq. O, qələbə qazanacağı halda “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.
Qeyd edək ki, bu gün Malik Həsənov (63,5 kq) “Paris-2024″ə lisenziyaya sahib olmaqla, boks millisinin aktivindəki vəsiqələrin sayını 4-ə yüksəldib.