Yevlaxda ər arvadını bıçaqladı

Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

Viral.az xəbər verir ki, hadisə bu gün “qaraçılar məhəlləsi” deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb.

S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.