Gürcüstanda “İşğal Əleyhinə Hərəkat”ın lideri David Katsarava yeni siyasi partiyanın yaradıldığını elan edib.
Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, yeni partiya “Biz” adlanacaq.
Son Yazılar:
- Bu əlamətlər varsa, orqanizm XƏSTƏDİR
- Niderland Netanyahunu həbs edəcək?
- “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür
Katsaravanın fikrincə, “Biz” “öz sahəsində peşəkarları və ölkənin rifahı uğrunda mübarizədə heç vaxt geri çəkilməyən vətəndaş fəallarını birləşdirən” siyasi qüvvə olacaq.
Onun sözlərindən belə anlaşılır ki, partiya oktyabrda keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdırır. Bununla belə, “Biz”in hansı müxalifət platformasına qoşulacağı hələlik bəlli deyil.