Xəzər dənizində zəlzələ olub.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Yerli vaxtla saat 08:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,7-ə bərabər olub. Zəlzələ 19km dərinlikdə baş verib.