Alman general Ukrayna ordusunun Kurskdakı uğurlarından DANIŞDI

“Mənim təəssüratlarıma və söhbətlərimə görə, hərbçinin harda təşəbbüs göstərmək imkanı varsa, o, bundan istifadə etməlidir, lakin bu əməliyyatın uğurla həyata keçirilməsi əhəmiyyətli nəticə verə bilər”.

Viral.az UNİAN-a istinadla xəbər verir ki, bunu Almaniyanın Ukraynaya yardımını koordinasiya edən general-mayor Kristian Freydinq ukraynalıların Rusiyanın sərhəd ərazisinə hücumundan danışıb.

O deyib ki, son günlər hərbçi danışıqlar üçün Ukraynada olub. Generalın sözlərinə görə, Ukrayna qüvvələrinin Rusiya ərazisində irəliləməsi ordunun hələ də bu müharibədə qalib gəlmək iradəsi və bacarığının olduğunu göstərir.

Son Yazılar:

Freydinqin hesablamalarına görə, Ukrayna bu hücumda dörd briqada – dörd mindən altı min əsgərə qədər yerləşdirib. Daha iki-dörd min hərbçi onları Ukrayna ərazisindən maddi-texniki təchizat və hava hücumundan müdafiə ilə təmin edir.

“İşğal edilmiş ərazinin dərinliyi təqribən 30 kilometr, eni isə təxminən 65 kilometrdir. Biz Ukrayna qüvvələrinin fəaliyyət göstərdiyi ümumi ərazini – nəzarətdə deyil, hərəkətdə olduğunu təxmin edirik – bu, təxminən 1000 kvadrat kilometrdir ilin əvvəlindən təxminən bu sahə Rusiyanın xeyrinədir”, – deyə o qeyd edib.

Qeyd edək ki, avqustun 6-da Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayəti ərazisinə daxil olub.

(redaktor.az)