FIFA referisi Elçin Məsiyev təyinat alıb.
Viral.az AFFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, referi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu VAR, Rəşad Əhmədov isə AVAR hakimi kimi fəaliyyət göstərəcək.
Son Yazılar:
- Gürcüstan parlamenti hökumətə etimad proseduruna BAŞLAYACAQ
- İlham Əliyev Donald Trampa zəng ETDİ
- 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs EDİLDİ
Qeyd edək ki, görüş avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək.