Avqustun 19-dan Belqorod vilayətinin bir sıra yaşayış məntəqələrinə giriş bağlanır.
Viral.az “gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.
“Biz rayonun 5 yaşayış məntəqəsinin girişini bağlayırıq, sakinləri çıxarırıq və əmlakın çıxarılmasına kömək edirik”, – deyən rəsmi şəxsin sözlərinə görə, söhbət Qrayvoronski rayonunda yerləşən Novostroyevka-Vtoraya kəndi və Sovxoznı, Dobropolye və Kazaçok kəndlərindən gedir. Valuyski rayonunun Novopetrovka kəndinə girişə qadağa da tətbiq edilir.
Son Yazılar:
- Borrel bu ölkəyə getdi və İsrailə təzyiqə çağırdı
- Şirvanda avtomobil dörd piyadanı VURDU
- Karateçilərimiz Avropa Kubokunda qızıl medal QAZANDI
“Krasnoyaruzski rayonunda biz Kolotilovka kəndinin girişini müvəqqəti bağlayırıq, kənddə qeydiyyatda olan hər sakinə 15 min rubl ödəyirik və vəziyyətin yaxşılaşacağına ümid edirik”, – qubernator bildirib.
(redaktor.az)