Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələrdə iştirak edən tərəflər Qəzza zolağında atəşkəs və Fələstin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı yekun razılaşmaların bağlanmasına yaxındırlar, lakin bununla bağlı hələ çox iş var.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi danışıqlara həsr olunmuş xüsusi brifinqdə məlumat verib.
“Əslində, biz qalan boşluqları aradan qaldırdıq və onları elə doldurduq ki, bu saziş artıq bağlanmağa, həyata keçirilməyə və irəliyə getməyə hazırdır, lakin bizim hələ çox işimiz var. Bu həftə ərzində işçi qruplar bütün məsələləri müzakirə edəcək”, – amerikalı rəsmi bildirib.
Son Yazılar:
- Demensiyanın dərmanı yumurtadır?
- Hadrutun işğaldan azad olunmasından 4 il ötür
- Banklara vergi tətbiq EDİLƏCƏK
Cümə günü səhər ABŞ Prezidenti Co Bayden İsrail və HƏMAS-ın saziş bağlamağa yaxın olduğunu bildirib.
(redaktor.az)