Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Marko Pyatsanın yerli çempionatda “Şibenik”ə qarşı 3-cü tur matçını buraxmasının səbəbi müəyyənləşib.
Viral.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç oyundan sonra mətbuat konfransında açıqlama verib.
Mütəxəssis 29 yaşlı vingerin zədə səbəbindən meydana çıxmadığını söyləyib: “Dabanından xəsarət aldı. Ağrıları var idi. “Qarabağ”la qarşılaşmaya hazır olması üçün risk etmədik”.
Son Yazılar:
- Luis Enrike PSJ-nin baş məşqçisi kimi antirekorda imza ATDI
- Medvedev nüvə silahının istifadəsi riskinin yüksək olduğunu AÇIQLADI
- Salyanda avtomobil 10 yaşlı uşağı VURDU
Qeyd edək ki, görüş “Dinamo”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu komandaya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də Bakıda keçirəcək.