Xankəndi radiosunun azərbaycanlı aparıcısı vəfat ETDİ

Jurnalist İlham Cəmiloğlu vəfat edib.

Bu barədə Viral.az-a jurnalistin yaxınları məlumat veriblər.

Onlar bildiriblər ki, İlham Cəmiloğlu ötən gün gecə saatlarında ürək tutmasından vəfat edib.

Son Yazılar:

Qeyd edək ki, uzun müddət media sahəsində fəaliyyət göstərən İlham Cəmiloğlu (Xudiyev) 1965-ci ildə Xankəndidə anadan olub. O, hərbi jurnalist idi və SSRİ dövründə Xankəndi radiosunun Azərbaycan verilişləri redaksiyasının aparıcısı olub.