Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb.
Viral.az xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda 8 nəfər şəxsin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.
Son Yazılar:
- Vətəndaşları şantaj edən baş redaktor və redaktor SAXLANILDI
- Restoran və şadlıq saraylarının sahiblərinə XƏBƏRDARLIQ
- Üzərinə beton aşan fəhlə faciəvi şəkildə ÖLDÜ
Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov saxlanılıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onun əməllərindən zərərçəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.