Rusiyada əcnəbilərə taksilərdə işləməyə qadağa qoyuldu

Rusiyanın Leninqrad vilayətinin hakimiyyəti 2024-cü ilin sonuna qədər sərnişin taksiləri və sürücüsü ilə icarəyə götürülmüş avtomobillər sahəsində xarici vətəndaşların işləməsinə qadağa qoyub.

Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə qadağa təşəbbüsü ilə çıxış edən vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Bölgə prokurorunun təşəbbüsü ilə Leninqrad vilayətinin qubernatoru xarici vətəndaşlara sərnişin taksisi və sürücüsü ilə icarəyə götürülmüş avtomobillər sahəsində fəaliyyət göstərməsinə qadağa qoyub”, – məlumatda deyilir.

Son Yazılar:

Qadağa “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” 25 iyul 2002-ci il tarixli 115-FZ nömrəli Federal Qanuna uyğun olaraq 2024-cü il üçün müəyyən edilib.

(redaktor.az)