Qurban Qurbanov ÇL finalında kimin qalib gəlməsini istəyir? – ÖZÜ AÇIQLADI

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının bu gün baş tutacaq final matçında hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb.

Viral.az-ın xəbərinə görə, “Real” və Dortmund “Borussiya”sı arasında keçiriləcək final matçı ilə bağlı bunları deyib:

“Axşamkı oyunda layiq olan qalib gəlsin. İstərdim ki, “Real” qələbə qazansın. Belə olan halda futbolçularımız əlavə bir neçə gün də istirahət edə biləcəklər”.

Son Yazılar:

Xatırladaq ki, bu gün “Borussiya” (Dortmund) – “Real” komandaları arasında baş tutacaq final matçı Bakı vaxtı ilə saat 23-00-da başlayacaq.