Bu gün daha sürətli oynadıq.
Viral.az xəbər verir ki, bunu “Araz-Naxçıvan” futzal komandasının baş məşqçisi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sillamae Silla” (Estoniya ) komandası üzərində 7:0 hesablı qələbədən sonra deyib.
Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
“Dünənki “Sparta Belfast” (Şimali İrlandiya) görüşü ilə müqayisədə bu gün daha yaxşı çıxış etdik. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.
Qeyd edək ki, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.