Rostov AES-də şəbəkə bağlantısı KƏSİLDİ

Rusiyanın cənubundakı Rostov AES-in enerji bloku texniki nasazlıq səbəbindən şəbəkədən ayrılıb. 

Viral.az xəbər verir ki, problemin nədən yarandığı barədə ətraflı məlumat verilməsə də, nasazlıq aradan qaldırıldıqdan sonra blokun yenidən qoşulmağa hazır olacağı bildirilib. Əlavə edilib ki, hazırda iki enerji bloku işlək vəziyyətdədir. 

Qeyd edək ki, Rostov Atom Elektrik Stansiyası Rusiyanın cənubundakı ən böyük enerji istehsal edən obyektdir və ümumi gücü 4071 meqavatdır. O, Rostov vilayətində elektrik enerjisi istehsalının təxminən 75%-ni təmin edir və digər cənub rayonlarının şəbəkəsinə qoşulur.

Son Yazılar:

// redaktor.az