İranın xarici işlər naziri Abbas Əraqçi britaniyalı və fransalı həmkarlarına ölkəsinin regionda müharibənin yayılmasını istəmədiyini, lakin İsrailə cavab vermək hüququndan da əl çəkməyəcəyini bildirib.
Viral.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Əraqçi Böyük Britaniyanın xarici işlər naziri David Lammy və Fransanın xarici işlər naziri Stefan Sejourne ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Görüşlərdə qarşılıqlı əlaqələr və regional məsələlər müzakirə edilib.
Son Yazılar:
- 110 yaşlı nənə uzunömürlülüyün sirrini açdı: Hər gün bu içkini içir
- “Taliban” bu məsələdə Rusiyadan kömək İSTƏDİ
- Paşinyan KTMT sammitində iştirak edəcək?
Lammi və Sejourne İranın yeni xarici işlər naziri Əraqçini təbrik ediblər.
İngiltərə Xarici İşlər Naziri Lammy İsrailin işğalı və hücumu altında olan Qəzza zolağında baş verən hadisələrə işarə edərək, İranın bölgədəki gərginliyin azaldılmasında rol oynamasına çağırıb.
Əraqçi isə bəyan edib ki, İran müharibənin bölgədə yayılmasını istəmir, lakin onun ölkəsi İsrailin Tehrandakı terror fəaliyyətlərinə cavab vermək hüququna malikdir.
// redaktor.az