ABŞ əvvəlki kimi İsraili İran və onun bölgədəki müttəfiqlərinin təhdidi ilə əlaqədar dəstəkləyəcək.
Viral.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında bildirib.
“Ostin ABŞ-nin İranın, onun regional tərəfdaşlarının və tabe olan qüvvələrin hər hansı hücumuna qarşı İsrailin müdafiəsinə kömək etmək üçün sarsılmaz öhdəliyini təsdiqlədi”, – ABŞ Müdafiə Nazirliyinin açqlamasında deyiir.
Son Yazılar:
- Qənirə Ataşovanın günahlandırdığı plastik cərrah danışdı: “Həkim kimi fəaliyyət göstərmirəm”
- Futbolçunun anası hakimi vurdu – VİDEO
- Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul ETDİ
Telefon danışığı İsrailin Müdafiə Ordusunun “Hizbullah” hərəkatının ölkənin ərazisinin güclü raket atəşinə hazırlığını qeydə almasından, Livana kütləvi qabaqlayıcı zərbə endirməsindən sonra baş verib.
Öz növbəsində İsrailin müdafiə orqanı bildirib ki, Qalant Ostinə Livana hücumların vəziyyəti barədə məlumat verib.