Azərbaycan Premyer Liqası: “Sabah” evdə qələbə QAZANDI

Azərbaycan Premyer Liqasının IV turunda “Sabah” Masazırda “Sumqayıt”ı qəbul edib.

Viral.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün 12-ci dəqiqəsində “Sumqayıt” komandası Fernando Da Silvanın qolu ilə hesabı açıb. Ancaq sumqayıtlılar üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. İlk hissənin bitməsinə 2 dəqiqə qalmış “Sabah”dan Namik Ələskərov hesabı bərabərləşdirməyə nail olub. 54-cü dəqiqədə Pavol Safranko “Sabah”ı hesabda önə çıxarmağı bacarıb. 77-ci dəqiqədə Bakı klubundan Cesse Sekidika fərqi 2 topa çatdırmaqla son nəticəni müəyyənləşdirib.

Son Yazılar:

Qeyd edək ki, tura bu gün keçiriləcək “Zirə” – “Şamaxı” matçı ilə yekun vurulacaq.