Yəməndə miqrantları daşıyan qayığın Taiz sahillərində batması nəticəsində 13 nəfər ölüb, 14 nəfər isə itkin düşüb.
Viral.az-ın məlumatına görə, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Qeyd olunub ki, ölənlər arasında 11 kişi və 2 qadın var. Həlak olanların cəsədləri Dubab rayonunda Əl-Şura yaxınlığındakı Bab əl-Məndeb sahillərində tapılıb.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
BMqT-nin Yəməndəki missiyasının rəhbərinin müavini Mett Huber vurğulayıb ki, son faciə miqrantların bu marşrutda üzləşdiyi təhlükələri açıq şəkildə xatırladır.