37 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Gəncədə bazarda 37 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Viral.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Vüsal Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gün Gəncə şəhər ərazisində yerləşən bazarların birində mübahisə zəminində 1987-ci il təvəllüdlü Araz Məmmədov bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Son Yazılar:

Araşdırmalar davam etdirilir.