Xalq artisti Zülfiyyə Xanbabayeva mədəkiçiltmə əməliyyatı ilə arıqlaması iddialarına cavab verib.
Viral.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən danışıb:
“Düz olmayan söhbətlər, şaiyələr də var idi. Şaiyələr o qədər böyümüşdü ki, öz yaxınlarım bilə-bilə ki, etdirməmişəm, şübhələnirdilər məndən. Bilirsiniz ki, qadınlar hamısı biri-birini tanıyır. Bakı balaca şəhərdir. Arıqlamağın bir yolu var, ağzını bağlayırsan, vəssəlam”.
Son Yazılar:
- Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi
- Yorğunluqdan xilas olmaq üçün bunları EDİN
- Əhaliyə XƏBƏRDARLIQ – Bu gecədən başlayaraq…
Sənətçi formada qalmaq üçün idmanla da məşğul olduğunu bildirib:
“Bir neçə dəfə pilateslə məşğul olmuşam. Gördüm ki, mənlik deyil. Çünki mənim üçün passiv idman növüdür. Daha çox enerji almaq istəyirəm, onu da üzərkən alıram”. // Axşam.az