Azərbaycan Kubokunun qalibi müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

 

Viral.az-ın məlumatına görə, finalda “Qarabağ” və “Zirə” komandaları üz-üzə gələcəklər.

Son Yazılar:

 

“Liv Bona Dea Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, “Qarabağ” 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan “Zirə” mövsümü ikinci sırada bitirib.