Argentinalı qapıçı “Atletiko” ilə ANLAŞDI

İtaliyanın “Atalanta” klubunun qapıçısı Xuan Musso karyerasını İspaniyada davam etdirəcək.

Viral.az xəbər verir ki, 30 yaşlı argentinalı qolkiper sözügedən ölkənin “Atletiko” (Madrid) kollektivi ilə anlaşıb.

O, icarə əsasında paytaxt komandasının uğurları üçün çalışacaq.

Son Yazılar:

Qeyd edək ki, Musso son üç mövsümü “Atalanta”nın heyətində keçirib. Bu müddət ərzində əlcək sahibi 99 görüşdə iştirak edib.