Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA), Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və onların tərəfdaşları Qəzzada 640 mindən çox uşağı poliomielit peyvəndi ilə təmin etmək üçün münaqişəyə humanitar fasilənin verilməsinə ehtiyac olduğunu bildirib.
Viral.az xəbər verir ki, UNRWA, UNICEF, ÜST və onların tərəfdaşları tərəfindən edilən açıqlamada Qəzza zolağında 640 mindən çox uşağa poliomielitə qarşı peyvənd etməyə hazır olduqlarını açıqlayıblar.
Bununla belə, poliomielit əleyhinə peyvəndlərin vurulması üçün bölgədəki qarşıdurmalarda humanitar fasiləyə ehtiyac olduğu bildirilib.
Son Yazılar:
- 65 yaşını keçən müəllim fəaliyyətini davam etdirə bilər? – RƏSMİ
- Prezident ona “Şöhrət” ordeni VERDİ – FOTO
- Prezident “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavəni təsdiq ETDİ
Humanitar fasilə təxirə salınarsa, uşaqlar arasında poliomielit xəstəliyinin yayılma riskinin artacağı barədə xəbərdarlıq edilib.
// redaktor.az