Finlandiya Prezidenti Rusiyadan ehtiyat edir: “Yadda saxlamalıyıq ki…”

Finlandiya Prezidenti Aleksander Stubb Ukraynaya uzaqmənzilli silahların tədarükü ehtimalını istisna edib.

Viral.az TASS-a istinadla xəbər verir ki, o, bunu Finlandiyanın Rusiyanın qərb qonşusu olması ilə əlaqələndirib.

“Hazırda belə bir ehtiyac yoxdur. Yadda saxlamalıyıq ki, Finlandiya cəbhə xəttindədir. NATO-nun Rusiya ilə 1340 kilometr sərhədi o deməkdir ki, bu müdafiə müharibəsində bizim də rolumuz var. Və vəzifələrdən biri də odur ki, biz öz üzərimizə götürürük. Ərazimizin Rusiya tərəfindən hücuma məruz qalmaması üçün biz Ukraynaya müxtəlif yollarla dəstək verə bilərik”, – deyə Stubb bildirib.

Son Yazılar:

(redaktor.az)