Sabah Bakının iki rayonunda qaz OLMAYACAQ

Sabah Bakının Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Viral.az bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir.

Məlumata görə, “Ramana” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə avqustun 28-də saat 15:55-dən etibarən qaz təchizatı dayandırılıb.

Son Yazılar:

Təmir-bərpa işləri ilə əlaqədar Sabunçu rayonunun Ramana qəsəbəsinin, Yeni Ramana qəsəbəsinin D.Bünyadzadə, H.Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin tam olaraq, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.