Minifutbol komandalarının Çempionlar Liqasındakı rəqibləri BƏLLİ OLDU

Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.

Viral.az-ın məlumatına görə, Azərbaycan komandaları “Birbaşa Bakı” və “AzNur”un da rəqibləri bəlli olub.

“Birbaşa Bakı” “BKMK Brno” (Çexiya), “Nottingem Livorno” (İtaliya) və “Orteqa Tvins Malaqa” (İspaniya) komandaları ilə eyni qrupda yer alıb.

Son Yazılar:

“Aznur”un rəqibləri isə “Andezit” (Ukrayna), “Qalport Svieçe” (Polşa) və “Piopios Bayonne” (Fransa) kollektivləri olub.

Qeyd edək ki, Çempionlar Liqası sentyabrda Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.