Paris məhkəməsi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovu əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham edib.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun məlumatında deyilir.
Söhbət xüsusən də hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina, uşaq pornoqrafiyasının yayılmasında şəriklik, narkotik alveri, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluqdan gedir.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Bunda başqa qeyd olunub ki, Fransız müstəntiqləri “Telegam” sosial şəbəkəsinin məhkəmə sistemi ilə əməkdaşlıq etməməsi səbəbindən 2024-cü ilin fevralında ilkin araşdırmaya başlayıb.
İlkin istintaq 2024-cü ilin fevralında Paris prokurorluğunun göstərişi ilə başlayıb və ilkin istintaq hərəkətləri OFMIN (Yetkinlik yaşına çatmayanların müdafiəsi ofisi) tərəfindən əlaqələndirilib.