Bu rayona yeni DYP rəisi təyin olundu

Yevlax şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.

Viral.az xəbər verir ki, daxili işlər nazirl general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Azad Məmmədov təyin edilib.

A.Məmmədov bundan əvvəl Beyləqan şəhər Polis Şöbəsinin DYP Bölməsinin rəsi vəzifəsində çalışıb.

Son Yazılar:

Qeyd edək ki, Yevlax DYP Bölməsinin əvvəlki rəisi Fəqan Mehdiyev olub. O, nazirin digər əmri ilə tutduğu vəzifədən azad olunub. (report)