AFFA-nın təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba şəhərində festival xarakterli minifutbol turniri keçirilib.
Viral.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 8 komanda iştirak edib və ümumilikdə 80-dən çox uşaq cəlb olunub.
Son Yazılar:
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
- Bu tarixdən iş GÜNÜDÜR
- Ərim toy süfrəsindəki kişmişi, fındığı da yeyir
Turnirdə mübarizə aparan komandaların hər bir üzvünə AFFA tərəfindən toplar hədiyyə olunub.
Hədiyyələri iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, həmçinin, mütəxəssislər Orxan Mikayıllı və Ziya Səfərov təqdim ediblər.