Hindistanın Uttar Pradeş ştatında parlament seçkisi üzrə səsvermənin son günündə istilər səbəbindən azı 33 nəfər seçki məntəqəsi işçisi ölüb.
Viral.az xəbər verir ki, bu barədə ştatın seçki komissiyasının rəhbəri Navdip Rinva jurnalistlərə bildirib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Ölənlər arasında seçki komissiyalarının əməkdaşları, sanitar xidmət işçiləri və mühafizəçilər var.
Komissiya rəhbəri deyib ki, ölənlərin ailələrinə 1,5 milyon rupi (18 min ABŞ dolları) məbləğində pul kompensasiyası veriləcək.
Hindistan Meteorologiya İdarəsi Uttar Pradeşdə seçki günü temperaturun 46,9 dərəcəyə çatdığını bildirib. Ölkədə istilər nəticəsində azı 100 nəfər ölüb.