“Euronews” telekanalı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinə süjet həsr edib.
Viral.az–ın məlumatına görə, reportajda qeyd olunur ki, bu, ötən il Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra ölkədə keçirilən ilk parlament seçkiləridir.
Telekanal qeyd edib ki, seçkilərdə 25 siyasi partiya iştirak edir və seçilmiş deputatlar növbəti 5 il ərzində ölkədə qanunvericilik hakimiyyətini həyata keçirəcəklər. Parlamentdəki 125 yer uğrunda 990 namizəd mübarizə aparır.
Son Yazılar:
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
- Ukrayna bu müddətdə AB üzvü olacaq
Altıncı çağırış parlamentdə hakim partiya 125 yerdən 69-nu qazanmışdı və telekanal öz reportajında hesab edir ki, hazırkı səsvermənin nəticələrinə əsasən Milli Məclisdə də çoxluğu qoruyub saxlayacaq.